Futbolçumuzun qolu komandasına 3 xal qazandırdı

Gürcüstan yüksək liqasında 2-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun klubu “Samtredia” “Torpedo”nu (Kutaisi) qəbul edib. Əsas heyətdə meydana daxil olan yarımmüdafiəçi 1:0 hesabı ilə yekunlaşan görüşdə komandasının qələbə qolunun müəllif olub.

O, 13-cü dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, “Samtredia” 2 oyundan 3 xalla 4-cü yeri tutur.