"Gəncə" heyətini legioner basketbolçu ilə gücləndirib

"Gəncə" basketbol klubu heyətinə daha bir legioner cəlb edib.

Sportline.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dən olan Marqus Gilsonla müqavilə imzalanıb. 25 yaşlı mərkəz oyunçusu mövsümün sonunadək "Gəncə"nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, M.Gilson son mövsümü Gürcüstanda keçirib. O, "Kutaisi" ilə ölkə çempionu olub.

Banner