Güləşçilərimiz üçün medal şansı
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-23 Avropa çempionatına bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq.
74 kq çəkidə Turan Bayramov finalda Vasile Diakonla (Moldova) qarşılaşacaq
86 kq-dakı Fərid Cabbarov təsəlliverici görüşdə İvan İçizli (Moldova) ilə üz-üzə gələcək.
92 kq çəkidəki Abdulcəlil Şabanov bürünc medal uğrunda Sergey Sarqsyan (Ermənistan) – Farhad Anoşen (İsveç) görüşünün qalibi ilə qarşılaşacaq.