Güləşçimiz dünya reytinqində liderdir

Dünya Güləş Birliyi (UWW) yunan-Roma güləşçilərinin yeni reytinq cədvəlini açıqlayıb.

Sportline.az xəbər verir ki, Azərbaycan milli komandasının 7 üzvü öz çəki dərəcəsində ilk "8-liy"ə daxil olub.

Eldəniz Əzizli (55 kq) hələ də öz çəki dərəcəsində lider, Taleh Məmmədov (63 kq) ikincidir.

Yeni Avropa çempionları Həsrət Cəfərov (67 kq) və Ülvi Qənizadə (72 kq) ilk "üçlüy"ü qapayır, Arif Niftullayev (97 kq) dördüncü,

Rafiq Hüseynov (82 kq) beşinci, Sabah Şəriəti (130 kq) isə səkkizincidir.