Güləşçimiz erməniyə qalib gəldi

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında 1/4 final oyununa çıxıb.

Sportline.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən idmançı Ermənistan təmsilçisi Hrayr Alixanyana 4:2 hesabı ilə qalib gəlib.

Qadjiyev finala gedən yolda Vasile Diakonla (Moldova) güləşəcək. O,bundan əvvəl 1/8 finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyi 10:0 hesabı ilə məğlub etmişdi.