UEFA-dan Rusiyaya təzminat
UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.
Sportline.az sport-express.ru-ya istinadən xəbər verir ki, bu barədə ÇL-in final matçının hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin bildirib. O deyib:
“UEFA tərəfindən bütün xərclər ödənilib. Məsələ artıq bağlanıb. UEFA-nın indi heç bir borcu yoxdur.
Heç bir çətinlik yox idi, sadəcə olaraq məbləğ uzun müddət müzakirə olundu. Bunlar normal, işlək müzakirələr idi. Onların Sankt-Peterburqdakı stadionun rəhbərliyi ilə münasibətləri barədə dəqiq söz deyə bilmərəm. Bizim nöqteyi-nəzərimizdən Rusiyanın bütün xərcləri kompensasiya edildi".
Qeyd edək ki, UEFA final qarşılaşmasını Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı "Qazprom Arena"dan alıb. Oyun Fransanın paytaxtı "Stad de Frans"da keçirilib. Görüşdə İspaniya "Real"ı İngiltərə "Liverpul"unu məğlub edib - 1:0.