Güləşçimiz ilk dəfə Avropa çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.

Sportline.az xəbər verir ki, Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub.

Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib. Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.