Hacı Əliyev bu gün Avropa çempionatında final görüşünə çıxacaq

Xorvatiyanın paytaxtı Zaqrebdədəki güləş üzrə Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayacaq.

İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində Taras Markoviçlə (Ukrayna) üz-üzə gələcək. Cəbrayıl Qadjiyev (74 kq) eyni raundda Simon Marklın (Avstriya) müqavimətini qırmağa çalışacaq. Abubakr Abakarov (86 kq) 1/8 finalda Fatih Erdin (Türkiyə) / Ruslan Valiyev (Fransa) cütünün qalibi ilə, Osman Nurmaqomedov (92 kq) 1/4 finalda Filip Finesilver (İsrail) / Recep Haydari (Şimali Makedoniya) cütünün güclüsü ilə güləşəcək. Georgi Meşvildişvili (125 kq) isə təsnifatda Gennadi Kudinoviçlə (Almaniya) qarşılaşacaq.

Bu gün, həmçinin, digər beş sərbəst güləşçimiz isə medal görüşlərinə çıxacaqlar. Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, Hacı Əliyev (70 kq) Ramazan Ramazanovla (Bolqarıstan), Maqomedxan Maqomedov (97 kq) Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Əli Rəhimzadə (65 kq) təsəlliverici görüşdə Coşua Finesilverlə, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal uğrunda Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.