Harri Keyn: "Qərarı gözləyirəm"

"Tottenhem"in futbolçusu Harri Keynin zədədən bərpa prosesi davam edir.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ingilis hücumçu bu barədə özü bildirib. O deyib ki, yaşıl meydanlara qayıdışa yaxındır: "Məndə hər şey yaxşı gedir. Zədədən bərpa sürətlə davam edir. Bu mövsüm üçün liqa ilə bağlı veriləcək qərarı gözləyirəm.

2-3 həftə sonra komanda ilə məşqlərə qayıdacağıma ümid edirəm. Artıq bərpanın final mərhələsindəyəm və demək olar ki, hər şey edə bilirəm. Təkcə fiziki formamı yığmaq qaldı".