Hayko Almaniya komandasında

Almaniyanın “Auqsburq” klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, Bundesliqa təmsilçisini Hayko Herllix çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Herllix bu vəzifədə Martin Şmidti əvəzləyib.