Hın Son Min 4 həftəlik hərbi xidmətə yollanır

"Tottenhem"in futbolçusu Hın Son Min  koronavirus pandemiyası ilə əlaqədar karantində olduğu İngiltərəni tərk edərək vətəni Cənubi Koreyaya qayıdıb.

Sportline.az "The Sun"a istinadən xəbər verir ki,  o, hərbi xidmət keçmək üçün bu addımı atıb. İngiltərə Premyer Liqasında yaranan fasilədən istifadə edən 27 yaşlı hücumçu  aprelin sonunda başlayacaq və dörd həftə davam edəcək hərbi xidmətdə olacaq.

Qeyd edək ki,  Son Hın Min 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 1 ayla əvəzlənib.