Höylunda 2 klubdan təklif var

"Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund bu yay komandasını dəyişə bilər.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Fulhem" və "Milan" 22 yaşlı futbolçu üçün transfer yarışına girib.

R.Höylunddun dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avrodur.

Qeyd edək ki, forvardın "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.