İngiltərə çempionatının bərpa olunacağı vaxt bilindi

İngliltərə Premyer Liqası aprelin 30-dan tez bərpa olunmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytında açıqlama verilib.

“Liqa 1 iyundan gec olmayaraq bitməli idi. Amma Premyer Liqa rəhbərliyi 2019/20 mövsümünün başa çatması ilə bağlı müddəti uzatmaq qərarı verib. Həmçinin bir qərara gəldik ki, bütün peşəkar futbol matçları 30 apreldən tez keçirilməsin”