İbrahimoviç "davam" deyir, amma...

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç növbəti - 2020/2021 mövsümündə də komandada qala bilər. 

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, bu, Milan təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə reallaşacaq. 

39 yaşlı hücumçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır. İsveçli forvard bu ilin əvvəlində "Milan"a qayıdıb. Komandanın heyətində 10 matça çıxan İbrahimoviç 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, İtaliya A Seriyası koronavirusa görə dayandırılıb. "Milan" 26 oyundan sonra turnir cədvəlində 36 xalla 7-ci yerdədir. Komanda Çempionlar Liqası zonasından 12 xal geri qalır.