İbrahimoviç məşqlərə başladı

Çılğın futboçulardan biri kimi tanınan Zlatan İbrahimoviç koronovirusa baxmayaraq məşqlərdən qalmır.

Sportline.az xəbər verir ki, “Milan”ın oyunçusu səhmlərinin 23.2 faizinə sahib olduğu “Hammarbü” klubu ilə hazırlığını davam etdirir. O, Stokolmda qaldığını və gigiyenik qaydalara əməl etdiyi üçün heç bir qorxusu olmadığını vurğulayıb.

“Pandemiyadan qorunuram. Düşünürəm ki, gündəlik riayət etdiyim qaydalar məni xəstəlikdən qoruyur. İtaliyada hər yer bağlı idi. Heç nə etmək mümkün deyildi. Ona görə də Stokolma gəldim. Burada “Hammarbü” ilə məşqlərə davam edirəm. Futbolsuz qaldıqca özümü pis hiss edirdim. Amma indi hər şey qaydasındadır. Məşqlərə davam edəcəm”.

Qeyd edək ki, İsveçdə ölkə çempionatı iyunun 14-də başlamalıdır.