İdmançılarımız dünya mükafatçısı oldular

Qazaxıstan Respublikasının Astana şəhərində kazak güləşi idman növü üzrə U-17, U-20, böyüklər arasında dünya birinciliyi və çempionatı keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycanı bu yarışda Azərbaycan Milli İdman Növləri Assosiasiyasının tərkibində olan kazak güləşi idman növü üzrə komandası təmsil edib. U-17-də Nicat İsmayılov 60 kq çəkidə III yerə, U-20-də Ataxan Babayev 60 kq çəkidə və Nihad İskəndərov 100 çəkidə III yerə, böyüklər arasında isə Nəsimi Unbayev 55 kq çəkidə II yerə layiq görülüb.