İdmançımız dünya çempionu oldu

Azərbaycan atıcısı Xanna Əliyeva Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.

Sportline.az xəbər verir ki, idmançı 50 m məsafəyə tapançadan atəş açmada bütün rəqiblərini qabaqlayıb.

Əliyeva 520 xal toplayaraq qızıl medal qazanıb.

Eyni növdə çıxış edən Leyla Əliyeva isə bürünc medal əldə edib. O, 510 xal toplaya bilib.