İki güləşçimiz dünya çempionatının finalında

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, yunan-Roma güləşçisi Ülvi Qənizadə bu gün çempionatın yarımfinal görüşünə çıxıb.

72 kq-da mübarizə aparan idmançı türkiyəli Selçuk Canla qarşılaşıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Qənizadə finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə serbiyalı Ali Arsalanı sınağa çəkəcək.

Daha əvvəl 55 kq-da mübarizə aparan Eldəniz Əzizli dünya çempionatında həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Final görüşləri sentyabrın 11-də keçiriləcək.