"İlin ən yaxşı məşqçisi" adına 3 namizəd müəyyənləşdi
FİFA "İlin ən yaxşı məşqçisi" adına namizədlərin yekun siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, nominasiyaya üç iddiaçı var. Bunlar Klaudio Ranyeri ("Lester"), Zinəddin Zidan ("Real") və Fernandu Santuşdur (Portuqaliya millisi).
Qadın məşqçilər arasında müvafiq mükafata üç iddiaçı qalıb. Bunlar ABŞ seçməsinin çalışdırıcısı Jill Ellis, İsveç millisinin baş məşqçisi Pia Sendhauz və Almaniya millisində fəaliyyəti başa çatan Silviya Neyddir.
Qeyd edək ki, FİFA-nın səsverməsində milli komandaların baş məşqçiləri və kapitanları iştirak edib. Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Santuşu ən yaxşı seçib.