İlin ən yaxşısı adına 5 namizəd

Afrikada ilin ən yaxşı futbolçusuna adına namizədlərin adları açıqlanıb. SportLine.az xəbər verir ki, siyahıda 5 futbolçunun adı var:

Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya" Dortmund), Muhammed Salah (Misir, Roma), Sadio Mane (Seneqal, "Liverpul"), İslam Slimani, Riyad Mahrez (hər ikisi Əlcəzair, "Lester").

Qalib ekspertlərin və Afrika milli komandalarının baş məşqçilərinin səslərinə əsasən müəyyənləşəcək.