İngiltərə çempionatı azarkeşləri bir az da intizarda saxlayacaq

İngiltərə Premyer Liqasının bərpa vaxtı uzadılıb.

Sportline.az xəbər verir ki, yarış aprelin 30-dək təxirə salınıb. Çempionatın rəhbərliyi koronavirus pandemiyasına görə belə qərar verib.

Daha öncə Premyer Liqa aprelin 4-dək təxirə salınmışdı.