İngiltərə Premyer Liqası bu tarixdə yekunlaşa bilər

İngiltərə Premyer Liqasının əksər klubları çempionatı iyunun 30-dək yekunlaşdırmağı düşünür.

Sportline.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Belə bir istək onunla əlaqədardır ki, məhz göstərilən tarixdə bir çox futbolçunun klubu ilə müqaviləsi başa çatır. FİFA-nın müddəti uzatmaq tövsiyəsinə baxmayaraq, onlardan çoxu 30 iyundan sonra klublarını tərk edə bilərlər. Premyer Liqa təmsilçiləri geridə qalan oyunları əsas oyunçularınən iştirakı olmadan keçirmək istəmirlər.

Məlumata görə, klubların çoxu çempionatın erkən başa vurulmasına deyil, sonadək oynanılmasına tərəfdardır. Ehtimal edilir ki, mayın sonlarından komandalar məşqləri bərpa edə biləcəklər.

Qeyd edək ki, sabah ingilis klublarının iştirakı ilə videokonfrans keçiriləcək. Konfransda liqaların taleyi müzakirə ediləcək.