İngiltərə klublarından gözlənilməz təklif

İngiltərə Premyer Liqası çempionatın qalan hissəsini Çində keçirməyi təklif edib.

Sportline.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbə bildirir ki, klublardan bir neçəsi çempionatın qalan turlarını Çində keçirməyi təklif etsə də, digər klublardan dəstək almayıb. Mövsümün taleyi ilə bağlı isə bu gün qərar verilə bilər.

Klubların keçirəcəyi videokonfransdan sonra məsələyə aydınlıq gətiriləcək.