İngiltərə klubunun sahibi də koronavirusa yoluxdu

Yunanıstanın "Olimpiakos" və İngiltərənin "Nottingem Forest" klublarının sahibi Evanqelos Marinakis koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, 52 yaşlı funksioner bu barədə özü məlumat verib. O, testlərin müsbət cavab verdiyini qeyd edib.

Yunanıstanlı iş adamı həkimlərin tövsiyələrini yerinə yetirdiyini bildirib.