İngiltərə Premyer Liqası belə davam edə bilər

İngiltərə Premyer Liqasının rəhbərliyi çempionatın qala oyunlarını azarkeşsiz və neytral meydanda təşkil etmək planını nəzərdən keçirir.

Sportline.az xəbər verir ki, qalan oyunlar ABŞ-ın Midlend şəhərində təşkil oluna bilər. Bu halda, gün ərzində bir neçə oyunun keçirilməsi mümkündür. Bu, Premyer Liqanın mövsümü başa çatdıra bilməməsi riski ilə əlaqədardır.

Bildirilib ki, bu cür qərar stadionlarda hakimlərin və polislərin sayını azaltmağa kömək edəcək.

Qeyd edək ki, İngiltərədə bütün futbol yarışları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.