İngiltərə Premyer Liqasında fasilə nə vaxt bitəcək?

Futbol üzrə İngiltərə Premyer Liqasında 2019/2020 mövsümü yayda 4 - 6 həftə ərzində tamamlana bilər. 

Sportline.az "Football London" nəşrinə istinadən xəbər verir ki, bu barədə qərar çempionat rəhbərliyi, İngiltərə Futbol Assosiasiyası və Peşəkar Futbolçular Assosiasiyası arasındakı tele-konfrans zamanı verilib. Müzakirələr nəticəsində qarşılaşmaların azarkeşsiz keçiriləcəyi vurğulanıb. Bildilib ki, turnir iyulda davam etdirilməlidir. 

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirusa görə dayandırılıb. Əvvəlcə mövsümün aprelin 3-də bərpa olunacağı açıqlansa da, müddət aprelin 30-dək uzadılıb. 29 turdan sonra "Liverpul" 82 xalla liderdir və ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.