İngiltərədə futbolçu komanda yoldaşı ilə dalaşdı

İngiltərə Çempionşipində XXXV turun "Notingem Forest"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra "Kardiff Siti" klubunun futbolçuları arasında insident baş verib.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, final fitindən dərhal sonra yarımmüdafiəçi Leandro Bakuna komanda yoldaşı Kallum Patersona irad bildirib.

Bakunun sözlərindən əsəbləşən müdafiəçi ona yaxınlaşaraq, əvvəlcə əli ilə başından vurub, ardınca isə boğazından tutaraq itələyib. Hadisənin böyüməsinə "Kardiff Siti"nin digər futbolçuları mane olublar.

Qeyd edək ki, Uels klubu 35 turdan sonra 50 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.