İngiltərəli ulduz "Real"ın hədəfində

"Tottenhem" və İngiltərə millisinin hücumçusu Harri Keyn karyerasını İspaniyada davam etdirə bilər.
 
Sportline.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid "Real"ı onu heyətinə qatmaq niyyətindədir.

26 yaşlı futbolçunun "Tottenhem"lə müqaviləsi 2024-cü ilin yayında bitəcək.
 
Qeyd edək ki, bu mövsümdə 25 oyuna çıxan Keynin aktivində 17 qol, 2 məhsuldar ötürmə var.