İntizam Komitəsi Azərbaycan Kubokunun oyunlarında yaşananlara görə klubları cərimələyib

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında yaşananlara görə klubları cərimələyib.

Sportline.az xəbər verir ki, "Neftçi" "Zirə" ilə matçda dörd nəfər sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəməli olacaq.

Bundan əlavə, "ağ-qaralar" azarkeşləri meydana kənar əşyalar atdığı üçün 2000 manat ziyana düşüb. Tərəfdarlar rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr də səsləndiriblər və paytaxt klubunu daha 5000 manat ziyana salıblar.

"İmişli" "Sabah"la oyunda dörd futbolçusu sarı vərəqə gördüyünə görə 700 manat cərimələnib. "Sabah"a isə 5000 manat cərimə tətbiq edilib. Fanatlar sözügedən qarşılaşmada hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.

"Karvan-Yevlax" "Qarabağ"la oyunda dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcəcək. "Kəpəz"in isə beş futbolçusu "Araz-Naxçıvan"la görüşdə eyni halla üzləşib və 700 manat cərimə olunub.