İslamiada: Azərbaycanın 4 güləşçisi finalda, Kolesnik medalı təmin edib

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Sportline.az xəbər verir ki, 50 kq-da yer alan idmançı yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla ən azı gümüş medalı təmin edib.

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

59 kq-da çıxış edən idmançı 2-ci yer uğrunda qarşılaşmada türkiyəli Elmas Çelikə "tuşe" ilə qalib gəlib.

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

Azərbaycanın sərbəst güləşçiləri Turan Bayramov və Abubakr Abakarov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıblar.

74 kq-da çıxış edən Bayramov yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) yarımfinala çıxmaqla, ən azı bürünc medalı ediblər.