İslamiada: Azərbaycanın dörd güləşçisi finalda mübarizə aparacaq

Azərbaycanın daha bir güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

Sportline.az xəbər verir ki, o, yarımfinalda türkiyəli rəqibi Elvira Kamaloğlu üzərində 9:6 hesablı əzmkar qələbə qazanaraq bu nailiyyətə imza atıb.

Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq. Hər iki idmançı yarımfinalda müvafiq olaraq özbəkistanlı Jalqasbay Berdimuradova 0:8 və türkiyəli Osman Yıldırıma 1:3 hesabı ilə uduzub.