İslamiada: Azərbaycanın yeddi güləşçisi medal üçün mübarizə aparacaq

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar.

Sportline.az xəbər verir ki, Azərbaycan güləşçilərindən Leyla Qurbanova (53 kq), Gözəl Zutova (72 kq) və İslam Bazarqanov (61 kq) finalda mübarizə aparacaqlar.

Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Tatyana Omelçenko (62 kq) bürünc medal görüşünə çıxacaqlar.

Qeyd edək ki, həlledici görüşlər Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək.