İslamiada: Güləşçimiz 3-cü oldu
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Əliabbas Rzazadə 3-cü yer uğrunda görüşə çıxıb.
Sportline.az xəbər verir ki, rəqib tacikistanlı Hikmotullo Vohidov olub. Qarşılaşmadan 8:7 hesablı üstünlüklə ayrılan Rzazadə bürünc medala yiyələnib.