İslamiadada 5 "qızıl" qazanan idmançımız finala çıxa bilmədi

Almaniyada güllə atıcılığı üzrə Dünya Kuboku yarışları start götürüb. SportLine.az xəbər verir ki, Azərbaycanı turnirdə Ruslan Yunyov təmsil edir.

25 metrdən hədəfə sürətli atəş açmaqda təsnifat mərhələsi arxada qalıb. 60 idmançının mübarizə apardığı təsnifat mərhələsini 581 xalla 11-ci tamamlayan R.Lunyov ilk "6-lığ"a düşə bilmədiyindən finala adlaya bilməyib.

Xatırladaq ki, idmançımız bir neçə gün əvvəl İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanıb.

Qeyd edək ki, bu gün snayperimiz 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışında da iştirak edəcək.