La Liqa rəhbərliyi qərarını açıqladı
La Liqa rəhbərliyi İspaniyanın I və II liqalarda oyunları koronavirusa görə təxirə salıb.
Sportline.az La Liqanın saytına istinadən xəbər verir ki, "Real"ın karantin qərarı və bəzi klublarının oyunçularının koronavirus testinin müsbət çıxması nəzərə alınaraq, 1 və 2-ci liqa matçlarının ən azı iki həftə müddətinə təxirə salınıb.