İspaniya klublarına şad xəbər

İspaniyada futbol klubları mayın 4-dən etibarən məşqləri bərpa edə biləcəklər.

Sportline.az "Marca" nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Pedro Sançes Nazirlər Şurasının bugünkü iclasından sonra deyib.

Hökumət rəsmisi bildirib ki, komandalar öz bazalarında hazırlığa başlayacaqlar.

Qeyd edək ki, İspaniyada yerli liqalar martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb.