İspaniyalı hücumçu "Qarabağ"a bu səbəbdən gəlməyib

“Qarabağ”ın  heyətinə cəlb etmək istədiyi Coni Montielin Azərbaycana gəlməməsinin səbəbi məlum olub. 
 
Sportline.az xəbər verir ki, Ağdam klubu “Rayo Valyekano”nun gənc yarımmüdafiəçisi ilə danışıqlar aparsa da, o, “Qarabağ”ın təklifini qəbul etməyib. 
 
Buna səbəb, 21 yaşlı futbolçunun Azərbaycan çempionatında oynamaq istəməməsi olub.
 
Qeyd edək ki, Coni Montiel İspaniyanın U-21 millisində də çıxış edib