İstanbul finalı sual altında

UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqasına, 8-lər finalı ilə yekun vurmaq istəyir.

Sportline.az xəbər verir ki, qitənin ali futbol qurumu turniri neytral məkanda yekunlaşdırmaq niyyətindədir.

Final görüşünün İstanbulda keçirilməsi də sual altına düşə bilər. Buna səbəb qonşu ölkədə infeksiyaya yoluxma sayının artmasıdır.

Qeyd edək ki, UEFA aprelin 23-də quruma üzv olan 55 milli assosiasiya ilə növbəti videokonfrans keçirəcək.