İsveçli atıcı: "Həm dünya çempionatının təşkilatçılığı, həm də Bakı çox gözəldir"

"Həm təşkilatçılıq, həm də şəhər çox gözəldir".

Sportline.az xəbər verir ki, bunu Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada qızıl medal qazanan İsveç idmançısı Viktor Lindqren deyib.

20 yaşlı atıcı Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib: "İlk dəfə Dünya kubokunda iştirak etmişdim. Burada hər şey möhtəşəmdir. Medal qazandığıma hələ də inana bilmirəm. Çox möhtəşəm duyğudur. Ölkəmin gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanması da möhtəşəm oldu. Orada qızıl medal qazanmaq üçün qarşıdakı bir il boyunca səylə çalışmalıyıq”.

Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən atıcılıq üzrə dünya çempionatı 2018-ci ildən bəri bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.