İsveçrə - Azərbaycan görüşünün tarixi açıqlandı

21 yaşadək fubolçulardan ibarət komandaların, Avropa çempionatının seçmə mərhələsindəki İsveçrə – Azərbaycan görüşünün vaxtı açıqlanıb. 

Sportline.az xəbər verir ki,  AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında, oyun bu il noyabrın 12-də keçiriləcək.

Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumatın veriləcəyi bildirilib. 

Qeyd edək ki, martın 26-da keçirilməli olan qarşılaşma koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.