İtaliya A Seriyası ilə bağlı qərar qəbul olundu

İtaliya A Seriyası 2019/2020 mövsümünün pandemiyaya görə dayandırılmış hissəsi başa çatdırılacaq.

Sportline.az xəbər verir ki, bu barədə A Seriyası Liqası Şurasının iclasında qərar qəbul olunub. "İtaliya A Seriyası Liqasının Şura iclası hökumətin icazə verəcəyi təqdirdə, 2019/2020 mövsümü matçlarının oynanılıb başa çatdırılması barədə niyyətini yekdilliklə təsdiqləyib.

“İkinci mərhələ” adlandırılan idman fəallığının bərpa edilməsi FİFA və UEFA-nın göstərişlərinə, İtaliya Futbol Federasiyasının qərarlarına, həmçinin futbolçuların və bütün işçilərin müdafiəsi üzrə tibbi protokollara uyğun olacaq", - A Seriyanın rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.