İtaliya futbolunda durum son həddə çatdı

Koronavirusla əlaqədar İtaliyada bütün futbol yarışları dayandırılıb.

Sportline.az  xəbər verir ki, bu haqda ölkənin baş naziri Cüzeppe Konte bəyanat yayıb.

Bildirilib ki, bütün idman yarışları ən azı aprelin 3-dək dayandırılacaq.

Olimpiya Komitəsi beynəlxalq yarışlara müdaxilə edə bilmədəyi üçün bu qərarın avrokubok oyunlarına aidiyyatı yoxdur.

Qeyd edək ki, Avropada koronavirus epidemiyasının ən çox yayıldığı ökə olan İtaliyada, 7 mindən çox insan virusa yoluxub.