İtaliya futbolunda sükut pozulur

"Napoli" klubu məşqləri bərpa etməyə hazırlaşır.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, neapollular martın 25-dən hazırlığa başlayacaqlar.

Bildirilir ki, "Napoli"dən başqa "Latsio" da aprelin 4-dən məşqlərini bərpa etmək istəyir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə İtaliyada çempionat dayandırılıb. Ölkədə 47 mindən çox insan virusa yoluxub, 4000-dən çox insan pandemiyanın qurbanı olub.