İtaliyada ən çox qazanan futbolçu kimdir?

“Yuventus”un hücumçusu Qonsalo İquain İtaliya A seriyasının ən yüksək ödənişli futbolçusudur. 28 yaşlı forvardın məvacibi mövsümə 7,5 milyon avrodur. Bu siyahıda 2-ci yeri “Roma”nın yarımmüdafiəçisi Daniele De Rossi tutur (6,5 milyon avro). Məşqçilərin reytinqinə isə, “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri başçılıq edir (5 milyon avro)