Joao Feliks evinə qayıdır

Ötən mövsümü "Milan"da icarə əsasında keçirən portuqaliyalı futbolçu Joao Feliks karyerasını "Benfika"da davam etdirəcək.

Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Feliksin transfer qiyməti 30 milyon avrodur.

Futbolçu müqavilə əsasında İngiltərənin "Çelsi" klubuna məxsusudur.

Qeyd edək ki, Joao Feliks 2015-2019-cu illər ərzində "Benfika"da çıxış edib.