Kamavinqanın transfer qiyməti bəlli olub
"Real Madrid" fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanın transfer qiymətini açıqlayıb.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 22 yaşlı futbolçu üçün 80 milyon avro tələb edir.
Xabi Alonso Kamavinqanın oyununu bəyənir və onun satılmasına qarşıdır.
Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.