Kapitan daha bir il komandada qalır

PSJ kapitanı Tiaqo Silva ilə müqaviləni yeniləməyə hazırlaşır.

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi braziliyalı müdafiəçiyə yeni bir illik sözləşmə təklif edəcək. 35 yaşlı futbolçununun sözləşməsi bu ilin yayında başa çatır.

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən paytaxt klubunda çıxış edir.