Karantin rejimini pozan futbolçu saxlanıldı

“Nyukasl”ın əfsanəvi futbolçularından olmuş Nolberto Solano ölkəsi Peruda həbs edilib.

Sportline.az xəbər verir ki, buna onun koronavirusa görə çölə çıxma qadağasına əməl etməməsi səbəb olub. Polis 45 yaşlı futbolçunu hökumətin qərarının ziddinə olaraq kafelərdən birində yemək yeyərkən saxlayıb.

Nolberto Solano verdiyi açıqlama hərəkətindən peşman olduğunu söyləyib.

Qeyd edək ki, bənzər səbəbə görə Peru polisi indiyədək 18 min nəfəri saxlayıb.