Karantindəki futbolçu danışdı

“Roma”nın hücumçusu Castin Klüyvert karantində keçirdiyi günlər haqda danışıb.

Sportline.az xəbər verir ki, İtaliya mətbuatına müsahibəsində o, bu prosesin çətinliyindən danışıb:

“Mən artıq neçə həftədir ki, evdəyəm. Çox ağırdır. Küçəyə çıxa bilmirəm deyə evdə məşq edirəm. Həmçinin mən qardaşım qızı ilə oynayıram. O, xoşbəxtdir”.

Klüyvert bərbərə gedə bilməməsindən şikayətlənib: “Artıq saqqalım qalınlaşıb, saçım uzanıb. Üç həftədir bərbərə gedə bilmirəm”.