Karlo Ançelotti: “Bellingem daha çox qol vurmaq istəyir”

“Real Madrid”in italiyalı çalışdırıcı K.Ançelotti mətbuat konfransı zamanı futbolçusu Cud Belllingem haqqında danışıb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis Bellingemin mükəmməl futbolçu olduğunu qeyd edib.

“Bellingem mükəmməl futbolçudur. Həm qol vurur həm assist edir. Müdafiədə hər zaman kömək edir. Bu mövsüm biraz fərqli mövqeydə çıxış edir. Başa düşürəm Cud daha çox qol vurmaq istəyir. Amma onun performansında razıyıq. Məşqlərdə hər zaman çox çalışır. Bellingem bizim üçün çox vacib oyunçudur”, - deyə K.Ançelotti bildirib.

Qeyd edək ki, Bellingem bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 qol və 3 asistlə yadda qalıb.